Qiorqi Ğarğaraşvili Qia Baramidzeyə müraciət edir – “Səhv etdiyini etiraf et, heç bir istisna olmadan mərdanə üzr istə”
Qia, sən müharibədə qardaşını və ya ailə üzvünü itirməyin nə cür bir hiss olduğunu bilmirsən və onların əvəzinə yalan yerə danışırsan. Mən müharibədə qardaşı öldürülənlərdən biriyəm. Qəddarlaşdımmı? Məndə qisas və düşmənçilik hissi yarandımı? Başqalarından da, müharibədə həlak olanların ailə üzvlərindən də soruş, onlardan nifrət və düşmənçilik hissi duymusanmı? — bu barədə Gürcüstanın sabiq müdafiə naziri Qiorqi Ğarğaraşvili sosial şəbəkədə yazır və “Milli Hərəkat” partiyasının üzvü Qia Baramidzeyə müraciət edir.
Qiorqi Ğarğaraşvili Qia Baramidzeni səhv etdiyini etiraf etməyə və heç bir istisna olmadan mərdanə üzr istəməyə çağırır.
“Polemikaya qoşulmağımın yeganə səbəbi “Gürcü Arzusu” ilə yaxınlığıma reaksiya vermək yox, həqiqətin tam mənzərəni bilməmək ucbatından təhrif olunmaması idi. Yaxud bu yaxınlığı harada gördü, haradasa hansısa fəallıqda iştirak etdim, yoxsa hansısa imtiyazdan yararlanıram? 1.2 milyon vətəndaş arasında seçici olmaq yaxınlıq sayılırsa, onda vaxtilə onlarla da məni belə bir yaxınlıq bağlayırdı. 2005-ci ildən cəmiyyəti özləri qütbləşdirdilər və məni qəbulolunmaz, arzuolunmaz şəxsə çevirdilər. O, üzr istəyəndə missiyamı yerinə yetirdiyimi hesab etdim və bu ajiotaja daha çox qarışmaq fikrində deyildim, çünki veteranların bir qrupunun şikayətinə qoşulmuram. Təəssüf ki, sonrakı bəyanatları görəndə anladım ki, o, heç nə başa düşməyib.
Bu dəfə birbaşa müraciət edirəm. Qia, sən müharibədə qardaşını və ya ailə üzvünü itirməyin nə cür bir hiss olduğunu bilmirsən və onların əvəzinə yalan yerə danışırsan. Mən müharibədə qardaşı öldürülənlərdən biriyəm. Qəddarlaşdımmı? Məndə qisas və düşmənçilik hissi yarandımı? Başqalarından da, müharibədə həlak olanların ailə üzvlərindən də soruş, onlardan nifrət və düşmənçilik hissi duymusanmı? Elə buna görədir ki, “Vətənin ümidinə” kitabımda abxazları hər yerdə düşmən kimi deyil, rəqib/qarşı tərəf kimi qeyd edirəm. Hiss etmirsən ki, bu artıq ölkəmizin pis gününü istəyənlərin həzz aldığı tamaşaya çevrilib? Səhv etdiyini etiraf et, heç bir istisna olmadan mərdanə üzr istə. De ki, həqiqətən reallığı bilmirdin və ya mənim kitabımı (“Vətənin ümidinə”) oxu, əsirlərin götürülməsi və azad edilməsi haqqında nə qədər şeyi bilmədiyinə özün əmin olacaqsan” — Qiorqi Ğarğaraşvili yazır.
Xatırladaq ki, “Milli Hərəkat”ın üzvü Qia Baramidze bildirib: “Abxaziyada müharibə zamanı gürcü hərbçiləri əsirləri güllələyirdilər və abxaz tərəfi elə buna görə əsirləri qaytarmırdı”.
Daha sonra Qia Baramidze öz sözlərinə aydınlıq gətirdi: “İnsanın atasını öldürəndə, övladını öldürəndə, əmisi/dayısı oğlunu, yaxınını öldürəndə – onların düşmənə rəhm etməməsi təəccüblü deyil. Bu, adi bir haldır”.