Giorgi Qaxariya və "Bəyaz səs-küy hərəkatı" arasında razılaşma şərtləri üzrə işlər bu gün başlayacaq
Gürcüstanın Dİ naziri və “Bəyaz səs-küy hərəkatı” nümayəndələri arasında razılaşma şərtləri üzrə işlər bu gün başlayacaq.
Beka Tsikarişvilinin bəyan etdiyinə görə, bu gün səhərdən, cümə gecə hadislərini nazir ilə birlikdə müzakirə edəcəklər.
“O, hazırdır ki, səlahiyyətlərini aşanlar məsuliyyətə cəlb olunsunlar”, – Beka Tsikarişvili bəyan etdi.
Onun dediyinə görə, vəd aldı ki, narkosiyasət islahatı üzrə işlər yenilənəcək.
Daxili işlər naziri Giorgi Qaxariya “Bəyaz səs-küy hərəkatının” təşkil etdiyi aksiya iştirakçılarından üzr istədi.
Elə onun dediyinə görə, Gürcüstanın hər bir vətəndaşının təhlükəsizliyi və sağlamlığı çox önəmlidir.
Dİ naziri ilə görüşdən sonra “Bəyaz səs-küy hərəkatı” aksiyası dağıldı.