Gürcüstanın baş naziri, Giorgi Qaxariya hökumət administrasiyasında klinikalar nümayəndələri ilə görüşür. Görüş media üçün qapalıdır. Lakin görüşün başlamasına qədər səhiyyə sahəsinin nümayəndələrinin bəyan etdiyinə görə, müzakirənin əsas mövzusu 21 noyabrda qüvvəyə minən tənzimləmələr olacaq. Onların dediyinə görə, baş nazir ilə görüşdə əsas irəli sürüləcək məsələ, 520-ci qərarın ən azından bir ay müddətinə dayandırılması olacaq ki, tariflərin daha yaxşı hesablanması baş versin.
Xençiqaşvili Universitet Klinikasının nümayəndəsi, Şalva Rtsxiladzenin dediyinə görə, yeni tənzimləməni hazırlıqsız və hesablama olmadan qəbul etdilər.
Səhiyyə sahəsinin nümayəndələrinin bəyan etdiyinə görə, 21 noyabrdan onlar xidmətə yeni tariflə keçdilər, lakin bu klinikalara, eləcə də pasientlərə ciddi problemlər yaratdı. Onların dediyinə görə, bu mərhələdə onlar yalnız ağır xəstələrə xidmət göstərirlər və planlı əməliyyatları dayandırıblar.
Gürcüstan Kardioloqlar Cəmiyyətinin prezidenti, Aleksandre Aladaşvilinin dediyinə görə, yeni tənzimləmələrdə elə tariflərdir ki, onunla normal işləmək mümkün deyil.
Məlum oldu ki, səhiyyə sahəsinin nümayəndələri ilə görüş baş nazirin təşəbbüsü ilə keçirilir. Gürcüstanın Birinci Kanalının məlumatına görə, görüşdə Səhiyyə naziri, Ekaterine Tikaradze də iştirak edir.
Cari ilin noyabrın 21 -də hökumətin 520 nömrəli qərarı qüvvəyə mindi. Qərara əsasən ümumxalq səhiyyə proqramı iştirakçı klinikalar üçün kardiologiya və reanimasiya servislərinə tariflər bərabərləşdirildi. Qeyd olunan qərar, özəl klinikalarda narahatlığa səbəb oldu.