Giorgi Qaxariya rus nümayəndə heyətinin mümkün səfəri barəsində - Gürcüstan qanunvericiliyindən heç kim yan keçə bilməz
Əgər Gürcüstan qanunvericiliyi imkan verirsə, beynəlxalq öhdəlikləri yerinə yetiririk, əgər vermirsə, partnyorlarımıza yanına gedirik və başqa çıxış yolunu axtarırıq, – bu barədə Gürcüstanın baş naziri, Girogi Qaxariya Avropa Şurası nazirlər komitəsi görüşü çərçivəsində Rusiya nümayəndə heyətinin mümkün səfərini şərh edərkən bəyan etdi.
“Birmənalı olaraq deyirəm, bənzər qərarlar Gürcüstan qanunvericiliyinə uyğun olaraq qəbul olunacaq. Bütün qərarlar və o cümlədən bu tədiqrdə də, Gürcüstan qanunvericiliyinə müvafiq olaraq qəbul ediləcək. Gürcüstan qanunvericiliyindən heç kim yan keçə bilməz”, – Girogi Qaxariya bəyan etdi.
Elə onun dediyinə görə, Gürcüstan Avropa Şurasının sədr ölkəsidir və o da faktdır ki, təəssüflər olsun Rusiyanın Avropa Şurasına üzvlüyü bərpa olundu.