Giorgi Qaxariya - hamımız razılaşırıq ki, narkotik alverçiləri bizim ümumi problemimizdir və sübut olunmuş şübhənin olduğu zaman DİN-in hərəkət arealını kimsə məhdudlaşdıra bilməz
Biz, birmənalı olaraq razılaşdıq ki, narkotik alveri və narkotik alverçiləri bu ölkənin, bütün hamımızın ümumi problemidir və Daxili İşlər Nairliyinin sübut olunmuş və təsdiq edilmiş şübhəsi olduğu zaman, DİN-in hərəkət arealını kimsə məhdudlaşdıra bilməz, – bu barədə Dİ naziri, Giorgi Qaxariya “Bəyaz səs-küy hərəkatı” üzvləri ilə görüşdən sonra bəyan etdi.
“Bu, sonralar bizim söhbətimizi davam etdirə biləcəyimiz platformadır. Bundan sonra biz, birgə maraqlardan irəli gələrək bir çox razlığa nail olacağıq. Bu ilk və bizim üçün çox önəmli razılıqdır”, – Qaxariya bəyan etdi.
Dİ nazirinin dediyinə görə, bundan sonra bütün məsələlər, o cümlədən 12 may xüsusi əməliyyat ilə bağlı detallar birgə müzakirə olunacaq.