Giorgi Qaxariya - hər bir polis işçisindən üzr istəyirəm və təşəkkür edirəm, onlara söz verirəm ki, hər bir təxribat hərəkəti hüquq baxımından analizə ediləcək
Polis bu gün, mövcud olan səbr öhdəliyindən tamamilə istifadə etdi, – bu barədə Daxili İşlər naziri, Giorgi Qaxariya bəyan etdi.
Dİ nazirinin qeyd etdiyinə görə, istənilən cinayət tərkibinin mövcud olduğu təqdirdə, status və vəzifəsinə baxmayaraq, hamıdan müvafiq cavab tələb olunacaq.
“Bu gün səhərdən marşrutlar tamamilə aydınca müəyyən edilmişdir. Xatırlatmaq istəyirəm ki, bu böyük miqdarda qonaqla önəmli tədbir idi və xüsusi marşrutlar müəyyənləşdirilmişdi.
Fikir ifadəsi bu ölkədə tamamilə azaddır və bunu təsdiq edirik. Hər bir polis işçisindən üzr istəyirəm və təşəkkür edirəm, onlara söz verirəm ki, hər bir təxribat hərəkəti hüquq baxımından analizə ediləcək. İstənilən cinayət tərkibinin mövcud olduğu təqdirdə, status və vəzifəsinə baxmayaraq, hamıdan müvafiq cavab tələb olunacaq. Əməkdaşlarıma, hər bir polis işçisinə buna söz verirəm.
Nikonor Meliyaya söz verdim ki, bənzər hərəkətlər olduğu təqdirdə, öncəki hallar kimi, nəticə eyni olacaq”, – Giorgi Qaxariya bəyan etdi.