Giorgi Qaxaria Davosun Dünya İqtisadi Forumunun rəsmi açılış mərasimində iştirak etdi
Gürcüstanın baş naziri Giorgi Qaxaria Davosun Dünya İqtisadi Forumunda iştirak edir.
Dövlət başçısı forumun rəsmi açılış mərasimində iştirak etdi, hansında Forumun təsisçisi, professor Klaus Şvab, İsveçrə Konfederasiyasının prezidenti Simoneta Somaruqa və Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp nitqlə çıxış etdilər.
Davosun Dünya İqtisadi Forumunun əsas mövzularından biri cari ilin iqlim dəyişiklikləridir.
Dünya liderlərinin iştirak etdiyi forum bu il 50 illik yubileyini qeyd edir.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, İsveçrəyə rəsmi səfər çərçivəsində, Giorgi Qaxaria siyasi liderlər və beynəlxalq maliyyə institutları və iri şirkətlərin rəhbərləri ilə 30-a qədər yüksək səviyyəli görüşlər keçirəcək.