Giorgi Qaçeçiladze - son olaraq razılaşdıq ki, 11 nazirlik olacaq
Giorgi Qaçeçiladze - son olaraq razılaşdıq ki, 11 nazirlik olacaq

Son olaraq razılaşdıq ki, 11 nazirlik olacaq, – bu barədə hökumətdə struktur dəyişiklikləri barəsində baş nazir, Mamuka Baxtadze ilə keçirilən görüşdən sonra jurnalistlərə parlament çoxluğunun nümayəndəsi, Giorgi Qaçeçiladze bəyan etdi.

Giorgi Qaçeçiladze son günlər ərzində, nazirliklərin birləşdirilməsi barəsində media vasitələri ilə yayılan bütün məlumatı təsdiq etdi.

“Yenidənqurma barəsində müzakirə var idi, son olaraq razılaşdıq ki, 11 nazirlik olacaq. Bir neçə nazirlik birləşdiriləcək. Ətraf Mühitə ekoombudmen institutu daxil olacaq. Kiçik hökumtə gəldikdə, bu çox əhamiyyətlidir. İqtisadi artım prossesində bütün məbləğlər, ən kasıb ailələrin uşaqlarıının yardımına yönəldiləcək.

Bu mərhələdə bilirsiniz ki, mədəniyyət, təhsil və idman birlikdə olacaq, barış və qaçqınlar nazirliyi birləşdirləcək. Məktəblərin, həbsxanaların, qaçqınlara evlərin tikilməsi, infrastruktur nazirliyinə veriləcək”, –  Giorgi Qaçeçiladze bəyan etdi.