Giorgi Baçiaşvili Gürcüstan dövlət sərhədini qanunsuz keçmə işində təqsirli bilinib
“Birgə İnvestisiya Fondu”nun keçmiş baş direktoru Giorgi Baçiaşvili Gürcüstan dövlət sərhədini qanunsuz keçmə işində təqsirli bilinib. Bu iş üzrə ona dörd il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Baçiaşviliyə sərhədi qanunsuz keçməkdə kömək göstərməkdə ittiham olunan Şota Qarumidze də təqsirli bilinib. Ona da dörd il altı ay azadlıqdan məhrumetmə cəzası verilib.
Qərarı hakim Cvebe Naçqebia çıxarıb.
Xatırladaq ki, Giorgi Baçiaşvili ölkəni o vaxt tərk etmişdi ki, ona “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin kriptovalyutasının mənimsənilməsi işi üzrə 11 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu. Prokurorluq Giorgi Baçiaşvilini dövlət sərhədini qanunsuz keçməkdə ittiham edirdi. Qarumidzeyə isə Gürcüstan dövlət sərhədinin qanunsuz keçilməsinə kömək göstərmək maddəsi ilə ittiham irəli sürülmüşdü ki, bu da 3 ildən 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.