Qiorqi Amilaxvari – Oktyabrın 1-dən əvvəl doğulan bütün uşaqlara bu il məktəbə getmək imkanı verilir
Parlamentin Təhsil və elm komitəsinin sədri Qiorqi Amilaxvari plenar iclasda təhsil sahəsində həyata keçirilən dəyişikliklərə diqqət çəkib. Deputat Təhsil Komitəsinin Təhsil və Elm Nazirliyi ilə birgə hazırladığı təhsil sahəsində ən mühüm dəyişikliklərdən birinə diqqət çəkib. Dəyişiklik nəticəsində ibtidai təhsilə başlama yaşı altı yaş müəyyən edilib.
“Bir neçə həftəlik gərgin işdən sonra Təhsil və Elm Komitəsi Təhsil və Elm Nazirliyi ilə birlikdə ibtidai siniflərin yaş həddinin dəyişdirilməsi və oktyabrın 1-dək 6 il müəyyən edilməsi barədə qərar qəbul edib. Mövcud qaydaya görə, bu il sentyabrın 15-i deyil, oktyabrın 1-dən əvvəl doğulan bütün uşaqlara məktəbə getmək imkanı verilir. Sözügedən dəyişikliklə 2500 nəfər məktəbə müraciət edə biləcək”, – Qiorqi Amilaxvari bildirib.
Deputatın plenar iclasda qeyd etdiyi kimi, Təhsil Komitəsi iki tematik araşdırma üzərində işə başlayır.
Təhsil və Elm Komitəsi iki mühüm məsələ üzrə tematik araşdırmaya başlayır. Biri məktəb təhsili resurslarının səmərəliliyinin qiymətləndirilməsinə, digəri isə etnik azlıqların keyfiyyətli təhsilə əlçatanlığına aiddir.
“Birinci araşdırmada biz dərsliklərin qiymətləndirilməsi təcrübəsini və bununla bağlı məsələləri öyrənəcəyik, ikinci araşdırmada isə etnik azlıqlara dövlət dilinin öyrədilməsi və məktəbdən sonrakı təhsilin alınmasına diqqət yetirəcəyik”, – Qiorqi Amilaxvari bildirib.
Deputat bakalavr proqramında müəllim hazırlığı proqramlarının mainor tətbiqi haqqında da danışıb.
“Təşəbbüs bakalavriat proqramlarına daxil olan tələbələrin təhsil müddətində müəllim hazırlığı proqramını seçib keçə bilməsini və məzun olduqdan sonra bakalavr dərəcəsi ilə yanaşı müəllim işləmək hüququ qazanmasını nəzərdə tutur”, – komitə sədri bildirib.