Giga Avalianinin işi ilə bağlı Nia İmnadze və Anastasiya Beruaşvili saxlanılıblar
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları prokurorluğun vəsatəti və məhkəmənin qərarı əsasında Giga Avalianinin işi ilə bağlı Nia İmnadze və Anastasiya Beruaşvilini qrup halında sağlamlığa qəsdən ağır xəsarət yetirilməsinə təhrik və xüsusilə ağır cinayət barədə məlumat verməmə faktları üzrə saxlayıblar.
Nazirliyin məlumatına görə, hər iki təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaşadıqları evdə saxlanılıb.
Bildirilib ki, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 25-117-ci və 376-cı maddələri ilə aparılır.