Gideon Saar – Qəzza sektorundan hər hansı şəxsi qovmağı və ya deportasiya etməyi planlaşdırmırıq

22:45, 09.09.2026

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail hökuməti Qəzza sektorundan fələstinlilərin deportasiya edilməsini və ya qovulmasını planlaşdırmır.
“Reuters”in qeyd etdiyi kimi, bu bəyanat İsrailin iki nazirinin cari ayda sahilyanı ərazidən fələstinlilərin kütləvi şəkildə qovulması ilə bağlı təkliflər irəli sürməsindən sonra səsləndirilib.

“Biz Qəzza sektorundan hər hansı şəxsi qovmağı və ya deportasiya etməyi planlaşdırmırıq. Əlbəttə, belə bir şey yoxdur. Əgər kimsə öz istəyi ilə mühacirət etmək istəyirsə və dünyanın istənilən münaqişə bölgəsində olduğu kimi, onu qəbul etməyə hazır olan bir ölkə varsa, biz buna qarşı çıxmayacağıq. Lakin heç kimi öz iradəsinin əksinə olaraq ərazini tərk etməyə məcbur etməyəcəyik”, – deyə Saar bildirib.

Oxşar