Qideon Saar - İsrail səfirliyinin əməkdaşlarının qətlə yetirilməsi antisemitizm təbliğatının birbaşa nəticəsidir, İsrailin missiyalarına qarşı nifrət yayırlar, xüsusən Avropada
Qideon Saar - İsrail səfirliyinin əməkdaşlarının qətlə yetirilməsi antisemitizm təbliğatının birbaşa nəticəsidir, İsrailin missiyalarına qarşı nifrət yayırlar, xüsusən Avropada

 

İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi “HƏMAS”ın 2023-cü ilin oktyabr hücumundan sonra inkişaf edən antisemitizm təbliğatının birbaşa nəticəsidir.

Qideon Saar beynəlxalq təşkilatların liderlərini və “xüsusən Avropadan olan” vəzifəli şəxsləri düşmənçilik əhval-ruhiyyəsi yaymaqda günahlandırıb.

“Son vaxtlar bütün dünyada, xüsusən də Avropada İsrailin missiyalarına qarşı terror hücumları və cəhdlərinin misli görünməmiş dalğasını görürük. Bu nifrəti bir çox ölkənin, beynəlxalq təşkilatların liderləri və “xüsusən Avropadan olan” vəzifəli şəxslər yayırlar” – İsrailin xarici işlər naziri bildirib.

Vaşinqtonun mərkəzində Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşını qətlə yetiriblər. “BBC”nin məlumatına əsasən, kişi və qadına Yəhudi Muzeyində keçirilən tədbirdən çıxarkən hücum edilib. Şübhəli şəxsi artıq saxlayıblar. Polisin məlumatına əsasən, şəxs saxlanıldıqdan sonra “Fələstinə azadlıq” şüarları səsləndirib.

İsrail səfirliklərində qətlə yetirilənlərin xatirəsinə ehtiram əlaməti olaraq bayraqlar endirilib.