Qida obyektlərinə şənbə-bazar günləri olan məhdudiyyətlər aradan qaldırılır
Qida obyektlərinə şənbə-bazar günləri olan məhdudiyyətlər aradan qaldırılır

Qida obyektlərinə şənbə-bazar günləri olan məhdudiyyətlər tamamilə aradan qaldırılır. Daha dəqiq olaraq, restoranların imkanı olacaq ki, müştəriləri qapalı məkanlarda da qəbul etsinlər.

Bu barədə qərarı idarələrarası koordinasiya şurası koronavirus ilə bağlı məhdudiyyətlərin yüngülləşdirilməsi çərçivəsində qəbul etdi.

Dəyişiklik qüvvəyə bu gündən minir.

Bununla yanaşı, idarələrarası koordinasiya şurasının qərarı ilə, toy, yas, banket və başqa sosial tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.