Qida Milli Agentliyindən bildirilib ki, uşaq bağçalarında uşaqların ehtimal olunan zəhərlənməsi ilə bağlı araşdırmaya başlanılıb. Laborator müayinələrin nəticələri əldə olunan kimi ictimaiyyətə açıqlanacaq
Qida Milli Agentliyi Maliyyə Nazirliyinin İstintaq Xidməti ilə birlikdə Tbilisidə uşaq bağçalarında tərbiyə alan uşaqların və tərbiyəçinin ehtimal olunan intoksikasiyası faktı ilə bağlı araşdırmaya başlayıb.
QMA-nın məlumatına görə, məlumatı alan kimi agentliyin müfəttişləri uşaq bağçalarından və qida təchizatçısı şirkətlərdən qida nümunələri götürüb və araşdırılması üçün laboratoriyaya göndəriblər.
Agentlik laboratoriya araşdırmasının nəticələrini əldə edən kimi ictimaiyyətə açıqlayacaq.
Qida Milli Agentliyi uşaq bağçalarında tədris-tərbiyə prosesinin başlamasından əvvəl monitorinq həyata keçirib və infrastrukturun qanunvericiliyə uyğunluğunu qiymətləndirib.
Bununla yanaşı, uşaq bağçalarının qida bloklarında prioritet istiqamət çərçivəsində qida istehsalının tam zəncirinə — qidanın qəbul edilməsi, saxlanılması və emalı mərhələlərindən hazır məhsulun verilməsinədək — nəzarət fəal şəkildə davam etdirilir.