Qida Agentliyi Rustavidə yarım tondan çox mənşəyi məlum olmayan əti möhürlədi

10:49, 22.03.2022

Milli Qida Agentliyinin Kvemo Kartli müfəttişləri bildiriş əsasında Rustavi şəhərinin Qori küçəsinin yaxınlığında yerləşən ət və ət məhsulları istehsalı müəssisəsində “Tsikara Ltd”də plandankənar yoxlamalar aparıblar. Məlumatı Milli Qida Agentliyi yayıb.

Qurumdan verilən məlumata görə, dövlət nəzarəti nəticəsində müəssisədə sanitar-gigiyena normalarının kobud şəkildə pozulması və digər kritik uyğunsuzluqlar aşkar edilib, yarım tondan çox mənşəyi məlum olmayan ət və ət məhsulları möhürləyib.

“Agentliyin səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb: sahibkarlıq subyekti cərimələnib və kritik uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb; Möhürlənmiş qidalar Agentliyin səlahiyyətli şəxslərinin nəzarəti altında məhv ediləcək.

İstehlakçıların hüquqlarını və sağlamlığını qorumaq üçün Milli Qida Agentliyi bütün Gürcüstan ərazisində gündəlik olaraq dövlət nəzarətini həyata keçirir. İstər planlı, istərsə də plandankənar yoxlamalar qaynar xəttə daxil olan bildirişlər əsasında aparılır.

Qanun pozuntusu aşkar edildikdə, istənilən şəxs 1501 qaynar xəttinə məlumat verə bilər”, – deyə qurumdan bildirilib.

Oxşar