Qia Murğulia - İctimai Yayımçı Gürcüstana xidmət edir
Qia Murğulia - İctimai Yayımçı Gürcüstana xidmət edir

Birinci Kanal seçkiləri peşəkar qüsursuz obyektivlik və qərəzsizliklə işıqlandırdı, İctimai Yayımçı Gürcüstana xidmət edir, – bu barədə İctimai Yayımın Qəyyumlar Şurasının üzvü Qia Murğulia sosial şəbəkədə yazdı.

Qia Murğulia, Gürcüstanın Birinci  Kanalının menecerlərinə, jurnalistlərinə və operatorlarına bacarıqlı işlərinə görə təşəkkür edir.

“İctimai Yayımçının üzvü olaraq demək istərdim ki, Birinci Kanal bugünkü seçkiləri peşəkar qüsursuz obyektivlik və qərəzsizliklə işıqlandırdı. Birinci Kanalın menecerlərinə, jurnalistlərinə və operatorlarına bacarıqlı işlərinə görə təşəkkür edirəm.

“İctimai Yayımçı Gürcüstana xidmət edir” – deyə Qia Murğulia Facebook -da yazdı.