QHT-lər - İvane Merabişvilinin sağlamlığı haqqında məlumatın verilməsi ilə qanun pozuldu
Qeyri-hökümət təşkilatları sabiq baş nazir İvane Merabişvilinin sağlamlıq vəziyyətinin açıqlanması ilə bağlı bəyanat yayırlar.
Onların bəyanatına görə, Xüsusi Penitensiar xidmət mövcud olan qanunu pozdu.
“Penitensiar xidmət tərəfindən 2018-ci ilin sentyabrın 24-də yayılan və Gürcüstan konstitusiyasını və İnsan Hüquqları üzrə Avropa Konvensiyasını kobud şəkildə pozan bəyanata görə etirazımızı və narahatçılığımızı bildiririk. Personal göstəriciləri qoruyan inspektorlara müraciət edirik ki, İvane Merabişvilinin personal məlumatının qeyri-qanuni şəkildə yayılması məsələsini öyrənsin və müvafiq reaksiya versin” – deyilir bəyanatda.
Bəyanatı yayan QHT-lər bunlardır: Demokratiya və İnkişaf İnstitutu (IDSD); Gürcüstanın Demokratik Təşəbbüsü (GDI); İşgəncə qurbanlarının reabiltasiya mərkəzi “Empatya”(RCT/Empathy); Xüsusi qrup insanların reabilitasiya təşəbbüsü (RIVG); Tolerantlıq və Müxtəliflik İnstitutu (TDI); İnsan Hüquqları Mərkəzi; Gürcüstanın Gənc Hüquqşünaslar Asosiyasiyası (GYLA) və Konstitusiyanın 42-ci maddəsi.
Dünən məlumat yayıldı ki, Vano Merabişvilinin sağlamlıq vəziyyəti ağırlaşdı.
Xüsusi penitensiar xidməti isə, Gürcüstanın sabiq baş naziri və Daxili İşlər Naziri Vano Merabişvilinin sağlamlıq vəziyyəti haqqında bəyanat yaydı və onun sağlamlığının pisləşdiyi haqqında məlumatları yalanladı.