Qəzza sektorunda humanitar yardım mərkəzi yaxınlığında İsrail hərbçiləri tərəfindən atəş açılması nəticəsində azı on nəfər həyatını itirib, həmçinin məktəb binasını bombalayıblar, nəticədə səkkiz nəfər həyatını itirib

Qəzza sektorunda humanitar yardım mərkəzi yaxınlığında İsrail hərbçiləri tərəfindən atəş açılması nəticəsində azı on nəfər həyatını itirib.

Ərəb mediasının məlumatına əsasən, atışma nəticəsində 60-dan çox insan yaralanıb. Yayılmış məlumata əsasən, hadisə Rafah şəhəri yaxınlığında baş verib.

Həmçinin, ərəb mediası Naser xəstəxanasındakı mənbəyə istinadən yazır ki, İsrail tərəfindən Xan Yunis şəhərindən şimal-qərbdə Al-Sattar rayonunda bombardman nəticəsində iki nəfər həlak olub.

Eyni zamanda, İsrail ordusunun hərbi hava qüvvələrinin Qəzza sektorunun şimalında məcburi köçkünlərin sığındığı məktəb binasını bombaladığı barədə məlumat yayılır. Yayılmış məlumata əsasən, bombardman nəticəsində 8 nəfər həyatını itirib.