Qeyri-hökümət təşkilatının nümayəndələri Parlamentdə yaradılmış istintaq komissiyasının üzvləri ilə görüşürlər
Qeyri-hökümət təşkilatının nümayəndələri Parlamentdə yaradılmış istintaq komissiyasının üzvləri ilə görüşürlər.
Görüşdə tərəflər komissiyanın gələcək hərəkat planları və iş prosesində üçüncü sektorun iştirakı məsələlərini müzakirə edəcəklər.
Görüşün başlamasından əvvəl qeyri hökümət təşkilatlarının nümayəndələri izah etdilər ki, komissiyanın üzvləri və onda parlament azlıqlarının iştirakı şans verir ki, Xorava küçəsi cinayət işində bir neçə suala cavab verilsin, onlar arasında bir neçə təqsirkar da ola bilər. prokurorluq sübutları saxtalaşdırdımı və keçmiş yüksək vəzifəli şəxslərin ittihamını ört-basdır edirdilərmi.
“Düşünürəm ki, komissiya tərəfindən bu mövzunun müzakirəsi çox önəmlidir. Aydındır ki, komissiya şəxsə neçə il həbs cəzasının veriləcəyini təyon edə bilmir, lakin, komissiya, araşdırmanın həqiqətən obyektiv şəkildə getdiyini və bütün şəxslərin də ifadəsi alındığını aydınlaşdıra bilər. Komissiya eləcə də, çinovnik və təsiri olan şəxslərin işlə əlaqəsini də müzakirə edəcək”, – görüşdən əvvəl Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Sulxan Saladze bəyan etdi.
Bununla Serqi Kapanadze bu gün Zaza Saralidze ilə görüşdü. Onun izahatı ilə, görüş Saralidzenin evində səhər baş tutdu. İş haqda detallı danışmaq üçün isə Saralidze Parlamentə sabah vəkili ilə bərabər gedəcək.