Qətər Amerika şirkəti "Boeing"dən dəyəri 200 milyard dollar olacaq 160 təyyarə alacaq
Qətər Amerika şirkəti “Boeing”dən dəyəri 200 milyard dollar olacaq 160 təyyarə alacaq. Bu barədə məlumatı “BBC” yayır.
Medianın məlumatına əsasən, müvafiq müqavilə Qətərdə, ABŞ Prezidenti Donald Trampın səfəri zamanı imzalanıb.
ABŞ və Qətər “MQ-9B” tipli pilotsuz təyyarələrin təklif və qəbulu barədə məktub, ABŞ və Qətər arasında müdafiə sahəsində əməkdaşlıq niyyəti barədə bəyanat və iki ölkə arasında əməkdaşlıq haqqında birgə bəyannamə daxil olmaqla bir neçə əlavə müqavilə imzalayıblar.
Donald Trampın qeyd etdiyi kimi, Qətərin əmiri Şeyx Tamin bin Hamad Al-Tanini görkəmli insan hesab edir və dostluğuna görə minnətdardır.
“Biz bir-birimizi bəyənirik” – Tramp bildirib.