Geostat: İyun ayında Gürcüstan iqtisadiyyatı 8,6 faiz artıb
Milli Statistika Xidmətinin ilkin qiymətləndirməsinə görə, 2026-cı ilin iyun ayında real ümumi daxili məhsulun (ÜDM) artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz təşkil edib. 2026-cı ilin ilk altı ayı üzrə orta iqtisadi artım göstəricisi isə 7,9 faiz olub.
Geostat-ın məlumatına görə, 2026-cı ilin iyun ayında, ötən ilin eyni dövrü ilə müqayisədə artıma əsas töhfəni emal sənayesi, nəqliyyat və anbar təsərrüfatı, tikinti, informasiya və kommunikasiya, maliyyə və sığorta fəaliyyəti sahələri verib.
Azalma tendensiyası isə dağ-mədən sənayesi və energetika sektorlarında qeydə alınıb.