“Geostat” – 2026-cı ilin yanvar-iyun aylarında Gürcüstanda həm tikintiyə verilən icazələrin, həm də istismara qəbul edilən obyektlərin sayı azalıb

13:39, 30.07.2026

Gürcüstan Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə tikintiyə 5 391 icazə verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azdır. Söhbət ümumi sahəsi 5 milyon 275,7 min kvadratmetr olan bina və qurğuların tikintisindən gedir.

“Geostat”ın məlumatına görə, verilən icazələrin təxminən dörddə üçü ölkənin dörd regionunun payına düşür. Belə ki, nəzərdə tutulan tikinti işlərinin 49,2 faizi Tbilisinin, 9,2 faizi Kvemo Kartli regionunun, 7,6 faizi Acarıstan Muxtar Respublikasının, 7,3 faizi isə Kaxeti regionunun payına düşür.

Qeyd olunur ki, 2026-cı ilin yanvar-iyun aylarında çoxfunksiyalı yaşayış komplekslərinin, ticarət obyektlərinin, hotellərin, sənaye müəssisələrinin, kənd təsərrüfatı təyinatlı obyektlərin və digər tikililərin inşası üçün icazələr verilib.

Qurumun hesabatına əsasən, 2026-cı ilin ilk altı ayında ümumi sahəsi 1 milyon 546,2 min kvadratmetr olan 1 459 obyekt istismara qəbul edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz azdır.

İstismara qəbul edilən obyektlərin üçdə ikisindən çoxu ölkənin dörd regionunda yerləşir. Onların 31,9 faizi Tbilisinin, 15,1 faizi Msxeta-Mtianeti regionunun, 12,1 faizi Kaxeti regionunun, 10 faizi isə Kvemo Kartli regionunun payına düşür.

Oxşar