Geostat: 2026-cı ilin iyun ayında 2 942 nəfər barəsində cinayət təqibinə başlanılıb
Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin iyun ayında 2 942 nəfər barəsində cinayət təqibinə başlanılıb. Onlardan 182 nəfər sınaq müddəti başa çatmamış yeni cinayət törədib ki, bu da barəsində təqib başlanılan şəxslərin 6,2 faizini təşkil edir.
Geostat-ın məlumatına görə, cari ilin iyun ayında cinayət təqibinin başlanması üzrə ən yüksək göstərici Tbilisidə – 1 058 hal, Acarıstanda – 332 hal, işğal olunmuş Abxaziya regionunda isə 24 hal qeydə alınıb.
2026-cı ilin iyun ayında Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri üzrə cinayət təqibinin başlanması belə bölünüb:
oğurluq – 335 hal;
hədə-qorxu – 227 hal;
ailədaxili zorakılıq – 177 hal;
zorakılıq – 224 hal;
zorlama – 11 hal;
əxlaqsız hərəkət – 6 hal;
dələduzluq – 132 hal;
narkotik vasitənin, onun analoqunun, prekursorunun və ya yeni psixoaktiv maddənin qanunsuz əldə edilməsi və/və ya saxlanılması – 775 hal;
narkotik vasitənin, onun analoqunun və ya prekursorunun az miqdarda qanunsuz hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması, göndərilməsi və/və ya həkim təyinatı olmadan qanunsuz istifadəsi – 203 hal.