“Georgian Water and Power”in xidmət mərkəzlərində müştərilərin qəbulu bərpa olunub

Martın 21-də “Georgian Water and Power”in   xidmət mərkəzlərində müştərilərin yerində qəbulu və xidmət göstərilməsi bərpa edilib.

“Georgian Water and Power” şirkətinin məlumatına görə, kommunal xidmətləri Tbilisinin bütün xidmət mərkəzlərində əldə etmək olar: Mtatsminda rayonu, Medea (Mzia) Juqeli küçəsi N10, İsani rayonu, Şuamta küçəsi N10b və Qldani rayonu, A. Vasadze küçəsi N12.

“İstənilən ərizə və sənədlərin göndərilməsi də uzaqdan [email protected] elektron poçtuna davam edir. Xidmət mərkəzləri və distant xidmətlər haqqında ətraflı məlumat şirkətin www.gwp.ge saytında yerləşdirilib, əlavə məlumat üçün 2 931111 qaynar xətt və onlayn çat vasitəsilə bizimlə əlaqə saxlayın”, – şirkətdən bildirilib.