"Georgian Water and Power” Tbilisi Xidmət Mərkəzləri bu gündən etibarən müştərilərə distansional şəkildə xidmət göstərəcək
"Georgian Water and Power” Tbilisi Xidmət Mərkəzləri bu gündən etibarən müştərilərə distansional şəkildə xidmət göstərəcək

Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq,”Georgian Water and Power” şirkəti yanvarın 31-dən etibarən Tbilisinin xidmət mərkəzlərinə gediş-gəlişi müvəqqəti məhdudlaşdıracaq və müştərilərə uzaqdan xidmət göstərəcək, – deyə şirkətin bəyanatında deyilir.

“Tbiliai xidmət mərkəzlərinə baş çəkmək əvəzinə istənilən müraciət və sənədləri şirkətin [email protected] elektron poçtuna göndərmək olar.

Ərizə qeydiyyatdan keçdikdən və prosesi başa vurduqdan sonra istifadəçi elektron poçt vasitəsilə də cavab alacaq.

Hazırkı vəziyyətdə GWP müştəriləri uzaqdan xidmətdən maksimum yararlanmağa çağırır. Zəruri hallarda, Mtsxeta şəhərində, Ağmaşenebeli küçəsində yerləşən xidmət mərkəzində, həmçinin Rustavi su istifadəçiləri üçün – Rustavi şəhəri, Nino küçəsi 5, Müqəddəs Nino küçəsində yerləşən xidmət mərkəzində yerindəcə xidmət mümkündür.

Uzaqdan xidmətlər haqqında ətraflı məlumatı Georgian Water and Power-in www.gwp.ge saytında əldə etmək olar, əlavə məlumat üçün 2 931111 qaynar xətt və onlayn söhbət vasitəsilə bizimlə əlaqə saxlayın”, – deyə”Georgian Water and Power”in bəyanatında deyilir.