“Georgian Water and Power” – Marcanişvili küçəsində yol örtüyünün çökməsi nəticəsində zədələnmiş boru kəmərinin və yol infrastrukturunun bərpa işləri sabah başa çatacaq

21:54, 16.06.2026

 

“Georgian Water and Power”in məlumatına əsasən, Çuğureti rayonunda Kote Marcanişvili küçəsində avtomobil yolunun örtüyünün çökməsinə su təchizatı yeraltı şəbəkəsində baş verən gizli qəza səbəb olub.

“Georgian Water and Power”ın bəyanatında qeyd edildiyi kimi, “GWP”nin texniki qrupu ərazidə şəbəkənin diaqnostikasını aparıb və dərhal təxirəsalınmaz bərpa işlərinə başlayıb.

Şirkətin məlumatına əsasən, boru kəmərinin bərpası və yol infrastrukturunun ilkin vəziyyətinə qaytarılması sabah səhər başa çatacaq.

“Obyektdə işlər bütün gecə boyu, fasiləsiz rejimdə davam etdiriləcək.

Boru kəmərinin reabilitasiyası və yol infrastrukturunun ilkin vəziyyətinə qaytarılması sabah, iyunun 17-si səhər saat 07:00-dək başa çatacaq.

“Georgian Water and Power” yaranmış narahatlığa görə üzr istəyir” — bəyanatda qeyd olunub.

Oxşar