“Georgian Airways” Tbilisidən Batumi istiqamətində birbaşa uçuşlara başlayıb

13:16, 25.06.2026

 

“Georgian Airways” aviaşirkəti Tbilisidən Batumi istiqamətində birbaşa uçuşlara başlayıb. İlk birbaşa reys bu gün Tbilisi Beynəlxalq Hava Limanından həyata keçirilib.

“Georgian Airways”in məlumatına əsasən, Tbilisidən Batumi istiqamətində birbaşa uçuşlar həftədə dörd dəfə – hər çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri sərnişinlər üçün əlverişli vaxtda yerinə yetiriləcək: Tbilisidən Batumiyə – səhər saat 09:00-da, Batumidən Tbilisiyə isə saat 19:30-da. Uçuş müddəti 45 dəqiqədir.

Bir tərəfə biletin qiyməti 295 laridir.

Tbilisi-Batumi-Tbilisi reysinin açılışı ilə əlaqədar Tbilisi Beynəlxalq Hava Limanında tədbir keçirilib.

“Georgian Airlines Group”un Direktorlar Şurasının sədri İrakli Mezvrişvili və “TAV Georgia”nın baş meneceri Tea Zakaradze tədbirə toplaşan qonaqlar qarşısında çıxış ediblər.

Tədbirdə “Georgian Airways” aviaşirkətinin rəhbər şəxsləri, Mülki Aviasiya Agentliyinin və Hava Limanları Birliyinin nümayəndələri iştirak edirdilər.

Oxşar