"Georgian Airways" Tbilisidən Forli istiqamətində birbaşa uçuşlara başlayıb
“Georgian Airways” aviaşirkəti Tbilisidən İtaliyanın Forli şəhəri istiqamətində birbaşa uçuşlara başlayıb. İlk reys bu gün Tbilisi Beynəlxalq Hava Limanından həyata keçirilib.
Yay naviqasiya mövsümündə Tbilisidən Forli istiqamətində birbaşa uçuşlar həftədə bir dəfə, hər cümə axşamı həyata keçiriləcək.
Bununla yanaşı, aprelin 26-dan “Georgian Airways” Romanın Fiumiçino Hava Limanı istiqamətində birbaşa reysləri həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçirəcək.
Müvafiq olaraq, İtaliya istiqamətində gündəlik uçuşlar həyata keçiriləcək: həftədə üç dəfə Milana, həftədə iki dəfə Romaya və həftədə bir dəfə Forliyə.
Forli, ziyarətçilərə Avropa standartlarına uyğun tibbi müayinələr, reabilitasiya, sağlamlaşdırıcı prosedurlar və termal spa mərkəzləri təklif edən İtaliyanın müalicəvi kurortudur.
Tbilisi-Forli-Tbilisi reysinin açılması ilə əlaqədar Tbilisi Beynəlxalq Hava Limanında tədbir keçirilib.
“Georgian Airways” yay naviqasiya mövsümündə Avropanın digər istiqamətlərinə: Paris, Nitsa, Vyana, Amsterdam, Berlin və Larnakaya da birbaşa uçuşları davam etdirəcək.
Qeyd edilməlidir ki, “Georgian Airways” Avropa istiqamətində birbaşa uçuşları gündüz saatlarında həyata keçirir və aviabiletin standart tarifinə təhvil veriləsi baqaj da daxildir.