"Georgian Airways" - Tbilisi-Təl-Əviv-Tbilisi istiqamətində iyunun 30-na və iyulun 1-nə planlaşdırılan reyslər ləğv edilib, sərnişinlər bileti dəyişmək və ya pulu geri qaytarmaq imkanına malik olacaqlar
Tbilisi-Təl-Əviv-Tbilisi istiqamətində iyunun 30-na və iyulun 1-nə planlaşdırılan reyslər ləğv edilib – bu barədə məlumatı “Georgian Airways” yayır.
“Bu mərhələdə sığorta şirkəti “Georgian Airways”ə Təl-Əviv istiqamətində uçuşları bərpa etmək hüququ vermir. Həmçinin, aviaşirkət İsrail Dövlətindən təhlükəsizlik zəmanətləri almayıb. “Georgian Airways” yenilənmiş məlumatı alan kimi yayacaq.
Qeyd olunan reyslər üçün artıq bilet almış sərnişinlərə bileti dəyişmək və ya pulu geri qaytarmaq imkanı təklif edirik.
Biletin alındığı yerdə bilet dəyişdirilə və ya pul geri qaytarıla bilər.
“Georgian Airways” Təl-Əvivdən başqa, digər istiqamətlərə planlaşdırılan reysləri ləngimə olmadan, qrafikə əsasən həyata keçirir” – aviaşirkət tərəfindən yayılmış məlumatda qeyd olunub.