"Georgian Airways" - Biz açıq şəkildə bəyan edirik ki, istənilən vətəndaşın istənilən aviaşirkətin təyyarəsinə qanunsuz yolla minməsi və ya səfər etməsi mümkün deyil
“Georgian Airways” aviaşirkəti həftədə azı 3-4 dəfə özəl şəxslər və digər qurumlar tərəfindən sifariş olunan çarter reyslərini həyata keçirir. Bu çarter reyslərinə dair sifarişləri aviaşirkətin kommersiya şöbəsi rəsmiləşdirir – bu barədə “Georgian Airways” tərəfindən yayılmış bəyanatda deyilir.
Aviaşirkətdə bəyan etdikləri kimi, özəl şəxslər tərəfindən sifariş olunan reyslərə dair məlumat şəxsi məlumat hesab olunur, bu isə qanunla qorunur və şirkətin bu məlumatı vermək hüququ yoxdur.
“Biz açıq şəkildə bəyan etmək istərdik ki, istənilən beynəlxalq hava limanından istənilən vətəndaşın istənilən aviaşirkətin təyyarəsinə qanunsuz yolla minməsi və ya səfər etməsi mümkün deyil. Bu prosesə bir çox aidiyyatı struktur nəzarət edir, oxşar ittihamlar tamamilə əsassız və məntiqsizdir” – yayılmış bəyanatda deyilir.
Birgə İnvestisiya Fondunun sabiq rəhbəri Qiorqi Baçiaşvili Tbilisi Şəhər Məhkəməsində məhkəmə prosesində bildirib: “Mayın 24-də məni xaricdə qaçırdılar, iki gün gözlərim bağlı vəziyyətdə saxladılar, sonra məni “Airzena”nın təyyarəsinə mindirib Gürcüstana gətirdilər”.