General Den Keyn - İranda hava üstünlüyünü bərqərar etdikdən sonra ABŞ indi ölkənin daxilində genişlənməyə başlayacaq
İranda hava üstünlüyünü bərqərar etdikdən sonra ABŞ indi ölkənin daxilində genişlənməyə başlayacaq – bu haqda ABŞ Ordusunun Birləşmiş Qərargahlarının rəhbəri, general Den Keyn bildirib.
Amerikalı yüksək rütbəli hərbçi bildirib ki, ABŞ qüvvələri İran ərazisinin daha dərininə nüfuz edəcək və ABŞ qüvvələri üçün əlavə manevr azadlığı yaradacaq.
Keyn bildirib ki, ABŞ-İsrail tərəfindən İrana hücumlar başlayandan bəri İran tərəfindən raket buraxılışlarının sayı kəskin şəkildə azalıb.
Den Keynin sözlərinə əsasən, raket və dronların aktivliyinin azalması ABŞ qüvvələrinə əməliyyat üstünlüyünü genişləndirməyə imkan verib.
“Bu irəliləyiş Mərkəzi Komandanlığa İran sahilinin cənub cinahında lokallaşdırılmış hava üstünlüyünü bərqərar etməyə və müdafiə sistemlərini dəqiqlik və atəş gücü ilə yarmağa imkan verib” – Den Keyn bildirib.