Gəlirlər Xidməti vətəndaşlara xatırladır ki, 2025-ci ildə ailə gəliri 100 000 larini keçməyən fiziki şəxslərin bəyannamə təqdim etmək öhdəliyi artıq yaranmır

19:24, 01.10.2026

 

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti fiziki şəxslər üçün əmlak vergisi ilə bağlı həyata keçirilmiş qanunvericilik dəyişikliyi haqqında bəyanat yayır.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti izah edir ki, cari ilin oktyabrın 1-dən Gürcüstanın Vergi Məcəlləsinə edilmiş və qanunvericiliyə uyğun olaraq bəyannaməsi 2026-cı ildə verilməli olan əmlak vergisinə şamil edilən dəyişiklik qüvvəyə minib.

Xatırladaq ki, qeyd olunan əmlak vergisinin bəyan edilməsinin müddəti cari ilin noyabrın 2-si də daxil olmaqla (noyabrın 1-i qeyri-iş günü olduğu üçün) mümkündür. Bununla yanaşı, nəzərinizə çatdırırıq ki, fiziki şəxslər üçün əmlak vergisinin güzəşt həddi 40 min laridən 100 min lariyədək artırılıb, bu da o deməkdir ki, illik gəliri 100 min larini keçməyən təxminən 81 min ailə əmlak vergisi (torpaq istisna olmaqla) artıq ödəməyəcək.

Qeyd olunmalıdır ki, 2025-ci il ərzində ailəsi tərəfindən əldə olunan gəliri 100 000 larini keçməyən fiziki şəxslərin vergiyə cəlb olunan əmlaka görə (torpaq istisna olmaqla) vergi orqanına bəyannamə təqdim etmək/müvafiq olaraq əmlak vergisini ödəmək öhdəliyi artıq yaranmır. Bununla yanaşı, vergi dəyişikliyindən irəli gələrək, fiziki şəxs əvvəlki hesabat ilinə əsasən özü və ailəsi tərəfindən əldə olunan gəliri 40 000-dən 100 000 lariyədək olarsa 2026-cı ildə “sıfır bəyannamə” (torpaq istisna olmaqla) artıq təqdim etməmək hüququna malikdir.

Xahiş edirik nəzərə alasınız ki, əgər sizin və ailə üzvlərinizin ötən 2025-ci ilə əsasən gəliri 100 000 larini keçibsə və siz və ya ailə üzvləriniz Gürcüstan ərazisində vergiyə cəlb olunan əmlaka sahibsinizsə, yaxud gəlirin miqdarına baxmayaraq, sizin və ya ailə üzvlərinizin vergiyə cəlb olunan torpağınız varsa, fiziki şəxsin illik əmlak vergisi bəyannaməsini təqdim etmək/müvafiq olaraq ödəniş etmək öhdəliyiniz yaranır.

Buradaca əlavə olaraq izah edirik ki, əgər fiziki şəxs 2025-ci il üzrə fiziki şəxsin əmlak vergisi bəyannaməsini təqdim edibsə və bəyan edilmiş göstəricilər dəyişmirsə, bu halda vergi orqanı proqram vasitəsilə cari 2026-cı ilin əmlak vergisini hesablayacaq. Vergi ödəyicisi ötən hesabat ilinin məlumatlarına əsasən ona məxsus vergini noyabrın 16-dan gec olmayaraq (noyabrın 15-i qeyri-iş günü olduğu üçün) ödəməlidir.

İstədiyiniz məlumatı əldə etmək üçün həmçinin Gəlirlər Xidmətinin yeni “RS Chat” xidmətindən istifadə edə və ya 2 299 299 nömrəli məlumat məsləhət mərkəzinə müraciət edə bilərsiniz” – Gəlirlər Xidmətinin yaydığı məlumatda deyilir.

Oxşar