Gəlirlər Xidməti - Qurumun adına telefon nömrələrinə istehlakçılardan həddindən artıq vergi tutulması ilə bağlı saxta mesajlar göndərilir
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bildirir ki, qurumun adına müxtəlif telefon nömrələrinə saxta mesajlar göndərilir.
Gəlirlər Xidməti vətəndaşları şübhəli mesaj aldıqda diqqətli olmağa çağırır.
“Gəlirlər Xidməti vergi ödəyicilərinin nəzərinə çatdırır ki, qurumun adına müxtəlif telefon nömrələrinə saxta mesajlar göndərilir. Sanki istifadəçidən artıq vergi tutulur və SMS müəllifləri istifadəçiyə pulunu geri almaq üçün göstərilən linkə daxil olmağı təklif edirlər.
Gəlirlər Xidməti qəti şəkildə bildirir ki, yayılan xəbər yalandır və agentliyin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Fırıldaqçı sxemin müəllifləri vətəndaşların vəsaitlərini mənimsəməyə/istifadə etməyə çalışırlar. Maliyyə Nazirliyinin Gəlirlər Xidməti vətəndaşları bu cür şübhəli mesajlar aldıqda diqqətli olmağa və şəxsi məlumatların paylaşılmasını mümkün qədər məhdudlaşdırmağa çağırır. Nəzərinizə çatdırırıq ki, vergi orqanının sahibkara ünvanladığı yazılı qərar/bildiriş prosedurlara tam riayət olunmaqla yalnız “Gürcüstan Post”u və ya onun səlahiyyətli internet saytında elektron şəkildə göndərilir. – deyə Gəlirlər Xidmətinin bəyanatında deyilir.