Gəlirlər Xidməti - Noyabrın 3-də Batumiyə daxil olan Liberiya bayrağı altında üzən gəmiyə, gəminin sahibi olan şirkətə və gətirilən yükə beynəlxalq sanksiyalar şamil olunmur
Gəlirlər Xidmətinin məlumatına əsasən, noyabrın 3-də Batumiyə daxil olan Liberiya bayrağı altında üzən gəmiyə, gəminin sahibi olan şirkətə və gətirilən yükə beynəlxalq sanksiyaların şamil olunmadığı təsdiqlənib.
“Cari ilin noyabrın 3-də Batumi dəniz limanına Bolqarıstan Respublikasının limanından (BURGAS) Liberiya Respublikasının bayrağı altında üzən HISTORIA DIONE gəmisi daxil olub.
Müşayiət olunan sənədlərə əsasən, qeyd olunan gəmi rus şirkətlərindən birindən 30 min tona qədər, tranzit proseduruna (qəbul edən Ermənistan Respublikası) cəlb olunmaq üçün nəzərdə tutulan yanacaqla yüklü idi. (qurum şirkətin adını açıqlamaqdan və vergi sirrini ehtiva edən məlumatı yaymaqdan çəkinir).
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyi tərəfindən aparılan yoxlama nəticəsində gəmi və gəminin sahibi olan şirkətə beynəlxalq sanksiyaların şamil olunmadığı təsdiqlənib.
Həmçinin, Gəlirlər Xidməti tərəfindən yoxlama nəticəsində beynəlxalq sanksiyalar daxil olan yükə belə şamil edilmir, çünki ABŞ-nin Xəzinədarlıq Departamenti (Xarici Aktivlərə Nəzarət Ofisi – OFAC vasitəsilə) müəyyən podratçılara LUKOIL şirkəti ilə əməliyyatları başa çatdırmağa imkan verən lisenziya verib.
Bununla yanaşı, lisenziyaya əsasən, əməliyyatların başa çatması üçün müddət 2025-ci ilin noyabrın 21-i müəyyən edilib. Bu məlumat açıq mənbələrlə əlçatandır. Qeyd olunanlardan irəli gələrək, gömrük nəzarəti prosedurları başa çatdıqdan sonra yuxarıda qeyd olunan yük boşaldılıb və qanunvericiliyə uyğun olaraq tranzit proseduruna daxil edilib.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi koordinasiyalı şəkildə, daimi rejimdə gəmilərin, eləcə də gəmi sahiblərinin beynəlxalq sanksiyalarla uyğunluğunu yoxlayırlar və əgər gəmi, yük və ya gəmi sahibi sanksiyalar siyahısındadırsa, ona Gürcüstan limanlarına daxil olmağa və gömrük prosedurlarını həyata keçirməyə icazə verilmir” – Gəlirlər Xidmətinin bəyanatında qeyd olunub.