Gəlirlər Xidməti qeyri-iş günü ilə bağlı bəyanat yayır
Gəlirlər Xidməti qeyri-iş günü ilə bağlı bəyanat yayır

 
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti 25 oktyabr, qeyri-iş günü ilə bağlı bəyanat yayır.

Gəlirlər Xidmətinin bəyanatına əsasən, oktyabrın 25-də gömrük rəsmiləşdirilməsi iqtisadi zonaları, gömrük-sərhəd buraxılış məntəqələri, Sanitariya, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsinin Sərhəd Müfəttişliyinin şöbələri, eləcə də gömrük rəsmiləşdirilməsi şöbələri və Gömrük Qiymətləndirilməsi və Əmtəələrin Təsnifat İdarəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti nəzərinizə çatdırır ki, Gürcüstan hökumətinin 2024-cü ilin 21 oktyabr tarixli 359 saylı qərarı və Gəlirlər Xidmətinin Daxili Qaydaları nəzərə alınmaqla, 2024-cü ilin oktyabrın 25-də gömrük rəsmiləşdirilməsi iqtisadi zonaları, gömrük-sərhəd buraxılış məntəqələri, Sanitariya, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsinin Sərhəd Müfəttişliyinin şöbələri, eləcə də gömrük rəsmiləşdirilməsi şöbələri və Gömrük Qiymətləndirilməsi və Əmtəələrin Təsnifat İdarəsi adi rejimdə fəaliyyətini davam etdirəcək. Saat 18:00-a qədər göstərilən xidmətlər üçün Gürcüstan hökumətinin 96 saylı qərarı ilə müəyyən edilmiş tariflər iki dəfə artırılmayacaq.

2024-cü ilin oktyabrın 25-də Gürcüstan miqyasında Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Xidmət Departamentinin xidmət mərkəzləri işləməyəcək. Xahiş edirik, xidmətlərdən (elektron xidmətlərdən) yararlanarkən bunu nəzərə alın” – bəyanatda qeyd olunub.