Gəlirlər Xidməti – Devdoraki dərəsində təhlükəli amillərin azalması halında, “Ğazbeqi” gömrük məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti nəzərinizə çatdırır ki, Devdoraki dərəsinə yerləşdirilən həyəcan sistemi aktivləşib, nəticədə də yüksək dəqiqlikli sistem “Ğazbeqi” gömrük-keçid məntəqəsinə dərhal həyəcan siqnalı ötürüb – bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin bəyanatında deyilir.
“Təhlükəsizliyin təmin edilməsi məqsədilə, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işin nəticəsində qeyd olunan gömrük-keçid məntəqəsinin əməkdaşları, eləcə də ərazidə olan Daxili İşlər Nazirliyinin Patrul Polisi və Sərhəd Polisinin bütün nümayəndələri, müxtəlif şirkətlərin əməkdaşları, yük və minik avtomobilləri, onların sürücüləri və sərnişinləri mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüb.
Buradaca izah edirik ki, “Ğazbeqi” gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Gürcüstanın gömrük sərhədindən malların gətirilməsi və çıxarılması, eləcə də qeyd olunan gömrük-keçid məntəqəsi vasitəsilə dövlət sərhədini keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurlarını aparmaq mümkün olmayacaq” – Gəlirlər Xidmətindən bəyan edilir.
Onların verdiyi məlumata əsasən, təhlükəli amillərin azalması halında, “Ğazbeqi” gömrük-keçid məntəqəsi adi rejimdə, tam gücü ilə fəaliyyətini davam etdirəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin keçidi fasiləsiz şəkildə təmin ediləcək.