Gəlirlər Xidməti 750 qramdan çox bəyan edilməmiş qızıl məmulatlarının ölkəyə gətirilməsi faktının qarşısını alıb
Gəlirlər Xidməti 750 qramdan çox bəyan edilməmiş qızıl məmulatlarının ölkəyə gətirilməsi faktının qarşısını alıb

 

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarpi” və “Kutaisi Hava Limanı” gömrük keçid məntəqələrində 3 qanun pozuntusu faktının qarşısı alınıb. Bu barədə məlumatı Gəlirlər Xidməti yayır.

Qurumun məlumatına əsasən, gömrük zabitləri şübhə əsasında xarici ölkə vətəndaşlarının üzərinə, eləcə də onlara məxsus baqajlarına ətraflı baxış nəticəsində, bəyan edilməmiş qızıl-zinət əşyaları (ümumi çəkisi 755,66 qram) aşkarlayıblar.

“Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 189 754,19 lari təşkil edib.

Qanun pozuntusunu törətmiş vətəndaşlardan birinin işinin materialları əlavə tədbir görülməsi məqsədilə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib, qanun pozuntusunu törətmiş 2 vətəndaşa isə Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq ümumilikdə 145 074,58 lari məbləğində cərimə kəsilib”– Gəlirlər Xidmətinin yaydığı məlumatda deyilir.