Gəlirlər Xidməti – Stansiya meydanının bazarının ərazisində yanğın nəticəsində zərərçəkənlərin məhv olmuş mal-material qiymətliləri silinəcək

20:23, 30.04.2025

 

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin bəyanatına əsasən, Stansiya meydanının bazarının ərazisində yanğın nəticəsində zərərçəkənlərin məhv olmuş mal-material qiymətliləri silinəcək.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti 2025-ci ilin aprelin 30-da Tbilisi şəhərində, Stansiya meydanının bazarının ərazisində yanğın nəticəsində zərər çəkmiş sahibkarlar tərəfindən, Gəlirlər Xidmətinin vergiödəyicilərinin avtorizə olunmuş səhifəsindən ərizə ilə (Fövqəladə qüvvənin təsiri nəticəsində məhv olmuş/itirilmiş mal-material qiymətlilərin silinməsi) müraciət edilməsi halında, xidmət haqqı ödənilmədən, 10 iş günü ərzində yanğının təsiri nəticəsində məhv olmuş mal-material qiymətlilərini silməyə hazırdır” – bəyanatda deyilir.

Bununla yanaşı, Gəlirlər Xidməti izah edir ki, məhv olmuş mal-material qiymətlilərin silinməsi nəticəsində zərərçəkmiş şəxslər üçün məhv olmuş mal-material qiymətliləri ilə əlaqədar vergi öhdəlikləri yaranmayacaq.

Oxşar