Gəlirlər Xidməti əmlak vergisinin illik bəyannaməsinin doldurulması ilə bağlı bəyanat yayır
Gəlirlər Xidməti əmlak vergisinin illik bəyannaməsinin doldurulması ilə bağlı bəyanat yayır. https://www.facebook.com/georgia.revenue.service/posts/pfbid036ticKKCzufwDuRhsb477eay6Whz13u3W2bcqfqYiLPKBJM9JZGVMQNqgMXj3qx1cl?rdid=ZhjNro2uqEbGJ49R#
Bəyanatda qeyd edildiyi kimi, illik bəyannamənin təqdim edilməsi və idarə olunması hissəsində qanunvericilik dəyişiklikləri edilməyib.
“Vergi ödəyicilərinin maraqlarından irəli gələrək, Maliyyə Nazirliyinin Gəlirlər Xidməti 1 noyabr da daxil olmaqla, əmlak vergisinin illik bəyannaməsini təqdim etmə öhdəliyi yaranan şəxslərin kateqoriyasını ətraflı şəkildə izah edir.
Fiziki şəxs, o cümlədən sahibkar fiziki şəxs bəyannamə təqdim etmə öhdəliyi daşıyır: əgər şəxs və onun ailə üzvlərinin gəliri ötən (2024) ilə əsasən 40 000 larini keçibsə və mülkiyyətində vergi tutulan əmlak varsa (daşınmaz əmlak, o cümlədən yarımçıq tikinti, bina-tikili və ya onların hissəsi, yaxta (qayıq), helikopter, təyyarə və minik avtomobili (ləri) (motosiklet və moped istisna olmaqla) və s.
İqtisadi fəaliyyətin həyata keçirilməsi halında isə balansda əsas vasitə kimi uçota alınmış aktivlər, avadanlıqlar və s.
Bununla yanaşı, əlavə olaraq izah edirik ki, şəxsin bəyannamə təqdim etmə öhdəliyi yaranmır, əgər ötən vergi ilində bəyannamə təqdim edibsə və ya vergi hesablanıbsa və məlumatlar dəyişmirsə (sistem əvvəlki ilin məlumatının qeydiyyatını avtomatik şəkildə həyata keçirəcək).
Xüsusilə izah etmək istərdik ki, qüvvədə olan qanunvericiliyə əsasən, vergi tutulan əmlakın illik bəyannaməsinin təqdim edilməsi və idarə olunması hissəsində heç bir dəyişiklik edilməyib, müvafiq olaraq, sahibkarlıq subyektləri/fiziki şəxslər təqdim edilən bəyannamədə vergi tutulan əmlakla bağlı məlumatları ötən vergi ilinə əsasən daxil etmək öhdəliyi daşıyırlar, vergi tutulan torpaqla bağlı isə cari vergi ilinin 1 aprel tarixinə olan vəziyyətə əsasən.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti media vasitələrini və maliyyə/ mühasibat/məsləhət xidməti göstərən şirkətləri, eləcə də ayrı-ayrı ekspertləri yalan, vergi ödəyiciləri üçün zərərverici məlumatı yaymaqdan çəkinməyə çağırır, bu ictimaiyyəti yanlış yönləndirməyə xidmət edir.
Ətraflı məlumat, fiziki şəxslər tərəfindən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası haqqında, o cümlədən fiziki şəxsin əmlak vergisi hesablayıcısı, eləcə də video təlimat və bələdçini veb-səhifə https://rs.ge/PersonsTaxFAQ?cat=5&tab=1 və müvafiq keçidlərdə https://rs.ge/LawNewsArchive?newsId=1589 görə bilərsiniz. Həmçinin, video təlimat https://www.youtube.com/watch?v=9iMXptuh5ro, fiziki şəxsin əmlak vergisinin yeni hesablayıcısı https://rs.ge/LawNewsArchive?newsId=1607 ilə tanış ola bilərsiniz. Məlumat əldə etmək üçün həmçinin Gəlirlər Xidmətinin rəqəmsal xidmətlərindən — “RS Çat” və “RS Bot” və ya 2 299 299 nömrəsi ilə telefonla məsləhət mərkəzi ilə əlaqə saxlaya bilərsiniz” – Gəlirlər Xidmətinin bəyanatında deyilir.