Gələn tədris ilindən etibarən test rejimində, bütün ictimai məktəblərdə birinci sinifdən altıncı sinif də daxil olmaqla, məktəb formaları məcburi qaydada geri qaytarılır
Gələn tədris ilindən etibarən test rejimində, bütün ictimai məktəblərdə birinci sinifdən altıncı sinif də daxil olmaqla, məktəb formaları məcburi qaydada geri qaytarılır – bu haqda təhsil naziri Qivi Mikanadze Ümumi Təhsil İslahatının təqdimatında deyib.
O, sosial cəhətdən həssas ailələrin formalarla əlaqədar dövlət dəstəyi alacaqlarını bildirib.
“Qərar qəbul etdik ki, gələn tədris ilindən etibarən test rejimində, bütün ictimai məktəblərdə birinci sinifdən altıncı sinif də daxil olmaqla, ilkin mərhələdə məktəb formaları məcburi qaydada geri qaytarılır. Bununla yanaşı, sosial cəhətdən həssas ailələri nəzərə alırıq. Səhiyyə Nazirliyi tərəfindən 60 000 və ya daha az balla qiymətləndirilən bütün ailələr formalarla əlaqədar dövlət tərəfindən müvafiq dəstək alacaqlar” – Mikanadze bildirib.