Gələn ildən ictimai məktəbə altı yaşı sentyabrın 15-i də daxil olmaqla tamam olacaq uşaqlar qəbul edilmə imkanına malik olacaqlar
Gələn ildən ictimai məktəbə altı yaşı sentyabrın 15-i də daxil olmaqla tamam olacaq uşaqlar qəbul edilmə imkanına malik olacaqlar

 

Gələn ildən ictimai məktəbə altı yaşı sentyabrın 15-i də daxil olmaqla tamam olacaq uşaqlar qəbul edilmə imkanına malik olacaqlar – bu haqda Gürcüstanın təhsil naziri Qivi Mikanadze “Ümumi Təhsil Sisteminin İslahatı üzrə Milli Konsepsiya”nın təqdimatında çıxışı əsnasında deyib.

Mikanadze, bu gün mövcud qanunvericiliyə əsasən məktəbə qəbul edilən 6 yaşdan kiçik uşaqların sosial-emosional fon və hazırlıqdan irəli gələrək, təhsil prosesinə tam inteqrasiyada çətinlik çəkdiklərinin aşkarlandığını bildirib.

“Buna görə də, 11 illik təhsil prosesinə keçdiyimiz komponentindən irəli gələrək, qərar qəbul etdik ki, sonrakı ildən etibarən hər növbəti ildə məktəbə altı yaşı hər il sentyabrın 15-i də daxil olmaqla tamam olacaq uşaqlar qəbul edilmə imkanına malik olacaqlar” – Qivi Mikanadze bildirib.