Geka Geladze Samtsxe-Cavaxetidə işçi görüşlər keçirdi
Geka Geladze Samtsxe-Cavaxetidə işçi görüşlər keçirdi

Daxili işlər naziri Geka Geladze Samtsxe-Cavaxeti Polis və Patrul Polis Departamentlərinin bölmə rəhbərləri ilə işçi görüşlər keçirdi. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, nazir bölgədə yerləşən nazirliyin digər struktur bölmələrinə də baş çəkdi və Sərhəd Polisi, Strateji Boru Kəmərləri Mühafizəsi Polisi, Mühafizə Polisi və Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin iş məkanları, texnika və avadanlıqları ilə tanış oldu.

İşçi görüşlərdə Geka Geladze ilə birgə daxili işlər nazirinin birinci müavini Roland Meskhi, müavinləri Mariam Tabatadze və Giorgi Butxuzi də iştirak edirdilər.

Geka Geladze bölgənin polis departamentinin rəhbərlərindən onların fəaliyyət sahəsində cinayətlə mübarizə, cinayət statistikasının və açılma göstəricilərinin, həmçinin polis tərəfindən həyata keçirilən profilaktik tədbirlərin detalları barədə məlumat aldı.

Nazir işçi görüş zamanı nazirliyin prioritet istiqamətlərinə diqqət çəkdi və əməkdaşlara göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkür etdi.