Geka Geladze Qazaxıstan prezidentini, Kasım-Jomart Tokayevlə görüşüb
Gürcüstanın daxili işlər naziri Geka Geladze Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin bildirdiyinə görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Diqqət Gürcüstanın mühüm tranzit roluna və Orta Dəhlizin inkişafını təşviq etmək üçün birgə səylərin əhəmiyyətinə yönəldilib.
“Tərəflər həmçinin regiondakı təhlükəsizlik çağırışlarını müzakirə edib və bu çağırışların öhdəsindən gəlmək üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşün sonunda Gürcüstanın daxili işlər naziri Qazaxıstan Respublikasının prezidentinə qonaqpərvərliyinə görə təşəkkürünü bildirib.
Kasım-Jomart Tokayev Geka Geladzeni “Ak Orda” rezidensiyasında qəbul edib.
Gürcüstanın daxili işlər naziri Qazaxıstana həmkarı, Qazaxıstanın daxili işlər naziri Erzhan Sadenovun dəvəti ilə səfər edib”, – deyə Gürcüstan Daxili İşlər Nazirliyi məlumatında qeyd edir.