Geka Geladze Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk edib

12:11, 14.09.2026

Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk edib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi səhifəsində Geka Geladzenin yaydığı bəyanatda qeyd olunur.

„Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk etmək qərarına gəlmişəm. Siyasi komanda ilə aparılan məsləhətləşmələr nəticəsində fəaliyyətimi başqa bir dövlət qurumunda davam etdirəcəyəm. Orada da bütün məsuliyyətimlə ölkəmizin və cəmiyyətimizin maraqlarına xidmət edəcəyəm.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmə xidmət etmək imkanı idi. Bu müddət ərzində xidmətin hər bir əməkdaşı ilə birlikdə fəaliyyətimiz dövlət qarşısında duran çağırışların effektiv şəkildə aradan qaldırılmasına, Gürcüstanın təhlükəsizliyinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına yönəlib.

Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşına peşəkarlıqlarına, fədakarlıqlarına və ölkəmizin təhlükəsizliyi naminə hər gün həyata keçirdikləri mühüm fəaliyyətə görə xüsusi təşəkkürümü bildirirəm.

Siyasi komandaya, xüsusilə partiyanın fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə göstərdikləri etimada görə təşəkkür edirəm.

Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti bundan sonra da üzərinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirməyə və ölkənin təhlükəsizliyini qorumağa davam edəcək“, – deyə bildirib.

Oxşar