Geka Geladze – Bizim üçün prioritetlərdən biri qeyri-qanuni miqrasiyaya qarşı mübarizədir, 2025-ci ildə qəbul edilən qanunvericilik dəyişiklikləri miqrasiyaya qarşı mübarizəni effektiv edib
Dünyada miqrasiya problemləri çağırış olaraq qalır. Bu baxımdan Gürcüstan da istisna deyil və bizim üçün əsas prioritetlərdən biri qeyri-qanuni miqrasiyaya qarşı mübarizədir, – bunu Gürcüstanın daxili işlər naziri Geka Geladze bildirib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi həm qanunvericilik, həm texnoloji, həm də infrastruktur inkişafı istiqamətində çox fəal işləyir.
“2025-ci ildə qəbul edilən və bizim tərəfimizdən həyata keçirilən qanunvericilik dəyişiklikləri miqrasiyaya qarşı mübarizəni çox effektiv edib və bunun təsdiqidir ki, son bir il ərzində 1300-dən çox qeyri-leqal şəxs ölkədən deportasiya edilib ki, bu da 2024-cü ilin statistikası ilə müqayisədə 207 faiz artım deməkdir. Bizim üçün əsas prioritet və planlardan biri cari ildə 3 500-dən 4 000-ə qədər qeyri-leqal miqrantın deportasiyasıdır və əminliklə deyə bilərəm ki, düzgün alətlər və müxtəlif mexanizmlərdən istifadə etməklə biz bunu mütləq bacaracağıq”, – Geka Geladze bildirib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze videomüraciət yayıb, burada miqrasiya məsələlərindən danışıb və qeyd edib: “Avropada gedən proseslər fonunda cəmiyyətin narahatlığı və miqrasiya məsələsinə marağı təqdirəlayiqdir, hər bir vətənpərvərin arzusu odur ki, Gürcüstan milli və dini kimliyini qorusun”.