Geka Geladze ABŞ Dövlət Departamentinin Narkotiklərə Qarşı Mübarizə və Hüquq-Mühafizə Orqanları ilə Əməkdaşlıq Bürosunun Avropa və Asiya üzrə ofisinin direktoru ilə görüşüb
Geka Geladze ABŞ Dövlət Departamentinin Narkotiklərə Qarşı Mübarizə və Hüquq-Mühafizə Orqanları ilə Əməkdaşlıq Bürosunun Avropa və Asiya üzrə ofisinin direktoru Mark Tervakoski ilə görüş keçirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, görüşdə daxili işlər naziri nazirlikdə həyata keçirilən və davam edən islahatlar, eləcə də cinayətkarlığa, o cümlədən narkotik cinayətkarlığına qarşı mübarizə istiqamətində görülən tədbirlər barədə danışıb.
Tərəflər həmçinin Daxili İşlər Nazirliyi ilə Narkotiklərə Qarşı Mübarizə və Hüquq-Mühafizə Orqanları ilə Əməkdaşlıq Bürosu arasında mövcud olan səmərəli tərəfdaşlıq münasibətlərini və gələcək əməkdaşlıq planlarını müzakirə ediblər.
Görüş Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq forum çərçivəsində baş tutub. Forum BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Özbəkistan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilir. Tədbirdə müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri, sahə üzrə ekspertlər, həmçinin beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edirlər.