Gecə saatlarında Ukrayna Müdafiə Qüvvələri ilhaq edilmiş Krımda dəmir yolu körpüsünə zərbə endirib
Gecə saatlarında Ukrayna Müdafiə Qüvvələri ilhaq edilmiş Krımda yerləşən dəmir yolu körpüsünə zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Vladislavivka yaxınlığında, müvəqqəti işğal altında olan ərazidə Şimali Krım kanalından keçən dəmir yolu körpüsünə zərbə endirdik. Düşmən körpüdən hərbi logistika məqsədilə istifadə edirdi”, – deyə açıqlamada bildirilir.
Medianın məlumatına görə, Ukrayna qüvvələri Luqansk vilayətinin Nijni Naholçik və Dovjansk kəndlərində, həmçinin Zaporojye vilayətinin Azovske kəndində yerləşən Rusiya qoşunlarının komanda məntəqələrinə zərbələr endirib.
Bundan əlavə, Luqansk vilayətinin Teple kəndi yaxınlığında yerləşən Rusiyaya məxsus sursat anbarı da bombalanıb.