Gecə saatlarında İranın Qum şəhərinin bombalanması nəticəsində 18 nəfər həlak olub, 10 nəfər isə yaralanıb
Gecə saatlarında İranda, Qum şəhərində baş verən bombardman nəticəsində 18 nəfər həlak olub, 10 nəfər yaralanıb. Məlumatı ‘BBC’ İran mediasına istinadən yayıb.
İran mediasının yazdığına görə, hücum Qumun yaşayış məhəllələrindən birinə həyata keçirilib.
İlkin olaraq altı nəfərin öldüyü təsdiqlənsə də, sonradan qurbanların sayı artıb.
İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, xilasedicilər zərbənin endirildiyi yaşayış ərazisinə cəlb olunub.