Qedevan Popxadze - İrakli Kobaxidze istəyir ki, Popxadze pis adam çıxsın və prosses bu cür başa çatsın - onu uzaqlaşdıraq və dostcasına həyatı davam etdirək
İrakli Kobaxidze istəyir ki, Popxadze pis adam çıxsın, – Qedevan Popxadze Parlamentin sədri, İrakli Kobaxidzenin bu günki bəyanatına əks səda verdi.
Popxadzenin dediyinə görə, daha yaxşı olar ki, parlamentin spikeri və çoxluğun üzvləri başqa şeylərdən düşünsünlər.
“Bu təqdirdə İrakli Kobaxidze istəyir ki, hər şeyi asanlaşdırsın, Popxadze pis adam çıxsın və prosses bu cür başa çatsın – bax, bir insan var ki, o, həmkarlarını təhqir edir, gəlin bu bir adamı uzaqlaşdıraq və dostcasına həyatı davam etdirək. Bu durumu, bu cür asan görə bilmirəm, çünki məncə bu düzgün deyil. Çoxluqda olacam ya yox, bununla dünya dağılmayacaq. daha yaxşı olar ki, parlamentin spikeri və çoxluğun üzvləri başqa şeylərdən düşünsünlər”, – Qedevan Popxadze bəyan etdi.
“Qedi Popxadze komanda üzvlərini ağır təhqir etdi”, – bu barədə Parlamentin sədri, İrakli Kobaxidze deputat Qedevan Popxadzenin çoxluğu tərk etməsi məsələsini şərh edərkən bəyan etdi.
Onun dediyinə görə, bir neçə xoşagəlməz hadisə baş verdi, lakin parlament çoxluğu işini davam etdirir.
Deputat Qedevan Popxadze parlament çoxluğunu tərk edir. Bu barədə o, aprelin 4-də bəyan etdi.
Qedevan Popxadzenin açıqladığına görə, onun qərarı İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq hakim komanda üzvləri tərəfindən Ninia Kakabadzenin namizədliyinin dəstəklənməsi ilə əlaqədardır.